SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya rəsmilərin xaricə getməsinə QADAĞA QOYDU

Rusiya rəsmilərin xaricə getməsinə QADAĞA QOYDU

Tarix:

3-04-2023, 16:40

/ 378 dəfə oxundu.
Rusiya rəsmilərin xaricə getməsinə QADAĞA QOYDU

Rusiyada bir sıra yüksək vəzifəli dövlət işçiləri üçün ölkə xaricinə səyahət məhdudiyyətləri tətbiq edilib və ya sərtləşdirilib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov "Financial Times"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiyadan çıxışa qadağa qoyulması qərarı fərdin xüsusiyyətlərindən asılıdır: "FSB Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda yüksək vəzifəli məmurlar və iri dövlət müəssisələrinin rəhbərləri üçün səyahət şərtlərini sərtləşdirib". 

Bu addım, əsasən, məxfi məlumatlara çıxışı olan şəxslərə tətbiq edilib. Həmçinin məhdudiyyətlər ölkədən qaçma təhlükəsinin də qarşısını alır. 

Şərhlər

XƏBƏR LENTİ