İsveçrə Azərbaycanla bağlı QADAĞA - ölkəmizə səyahət məhdudiyyəti tətbiq edildi
İsveçrə federal hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq üçün 29 ölkəyə səyahət məhdudiyyəti tətbiq edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, siyahıya pandemiyanın tüğyan etdiyi ABŞ, Braziliya, Rusiya və İsveç kimi ölkələrlə yanaşı Azərbaycan, Ermənistan, Səudiyyə Ərəbistanı, Qətər də daxil edilib.
Bundan başqa, həmin ölkələrə tətilə gedən-qayıtmış İsveçrə vətəndaşlarına qarşı 10 günlük karantin rejimi tətbiq olunacaq. Federal hökumətin açıqlamasına görə, iyunun ortalarından bəri İsveçrədə koronavirusa yoluxmalar yenidən artmağa başlayıb. Artımın əsas səbəbi Şengen bölgəsi və digər ölkələrdən İsveçrəyə daxil olan insanlarda yoluxma hallarının çox olmasıdır. İyulun 6-dan səyahət məhdudiyyətinin tətbiq edimədiyi ölkələrdən daxil olan şəxslər də 10 günlük karantinə alınacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır