Polşa Ukraynaya bir neçə MiQ-29 qırıcı təyyarəsini təhvil verib.
Bunu Polşa Prezidentinin beynəlxalq problemlər üzrə nümayəndəsi Marçin Pşidaç RMF radiostansiyasının efirində deyib.
İndiyə qədər Polşanın 28 ədəd MiQ-29 qırıcı təyyarəsi olub. Onlar Malbork şəhərindəki aviabazada saxlanılırdı. Varşava yaxın bir neçə il ərzində həmin təyyarələri daha müasirləri ilə əvəzləməyi planlaşdırırdı.
Martın 16-da Polşa Prezidenti Anjey Duda Kiyevin yaxın günlərdə Varşavadan ilk dörd qırıcı təyyarə alacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda servis xidməti keçən qalan təyyarələr də hazırlanaraq Kiyevə göndəriləcək.