SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya Baxmuta şimal-qərbdən hücuma keçdi - RƏSMİ

Rusiya Baxmuta şimal-qərbdən hücuma keçdi - RƏSMİ

Tarix:

22-02-2023, 10:12

/ 262 dəfə oxundu.
Rusiya Baxmuta şimal-qərbdən hücuma keçdi - RƏSMİ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sutkalıq xülasəsini təqdim edib.

Xalqxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, xülasədə uzun müddətdir uğrunda döyüşlərin getdiyi Baxmuta Rusiyanın şimal-qərbdən hücuma keçdiyi bildirilib.

Məlumata görə, bu vaxta qədər Rusiya qüvvələri Baxmutu təkcə şərqdən, cənubdan və şimaldan ələ keçirməyi hədəfləsə də, indi həm də şimal-qərbdən hücuma keçilib. Qeyd olunub ki, Ukrayna bölmələrinin olduğu yaşayış məntəqələri arasında hücumlar dəf edilib.

“Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Kuzemovka və Dibrova, Donetsk vilayətinin Fedorovka, Yaqodnoye, Berxovka, Baxmut və Kurdyumovka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”, - məlumatda deyilir.

Qeyd edək ki, Baxmutun şimal-qərb hüdudlarının yaxınlığında Yaqodnoye adlı kiçik bir qəsəbə var. Ondan bir qədər uzaqda isə Berxovka yerləşir. Şimal və şimal-qərbdən Baxmuta gedən yolların qovşağında yerləşən Paraskoveyevka kəndinin tutulması barədə ötən həftə Rusiya mənbələri məlumat yaymışdı.

Şərhlər

XƏBƏR LENTİ