SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

Tarix:

16-02-2023, 22:04

/ 228 dəfə oxundu.
BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

 
Birləşmiş Millətlər Təşkilatı ( BMT ) Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard dollar toplamaq çağırışı edib.

Bu barədə BMT- nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat xidməti məlumat yayıb .

"BMT humanitar təşkilatların fəlakətli zəlzələlərdən zərər çəkmiş 5 milyondan çox insana kömək edə bilməsi üçün Türkiyə üçün 1 milyard dollar toplamaq üçün təcili müraciət edib", - bəyanatda deyilir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə , belə çətin bir zamanda türk ailələrinə dəstək olmaq və onlara lazımi yardım göstərmək lazımdır.

Sənəddə maliyyələşmənin 5,2 milyon nəfərə yönəldiləcəyi göstərilir. Resurslar yardım təşkilatlarına mənzil, ərzaq təhlükəsizliyi və təhsil sahələrində hökumətin reaksiya səylərini dəstəkləmək üçün öz fəaliyyətlərini sürətlə artırmağa imkan verəcək.


Şərhlər

XƏBƏR LENTİ