SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” - Video

“Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” - Video

Tarix:

13-02-2023, 18:51

/ 228 dəfə oxundu.
“Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” - Video

Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binanın altından 138 saat sonra çıxarılan Emine Doğulunun sözləri diqqət çəkib.

Xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı qadının təcili yardım xidmətinin işçiləri ilə söhbəti hər kəsin marağına səbəb olub. Belə ki, o, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilində olarkən “Qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” sözlərini deyib. Bunun qarşılığında tibbi personal ona ən yaxşı xidməti göstərəcəyini bildirib.

Emine Doğulu təcili yardım maşını ilə səhra xəstəxanasına yerləşdirilib.

Şərhlər

XƏBƏR LENTİ