SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları verib

İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları verib

Tarix:

1-02-2023, 08:50

/ 273 dəfə oxundu.
İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları verib

 
İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları təhvil verib. Onlar xilasetmə qrupları tərəfindən istifadə olunacaq.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“İsrail Müdafiə Nazirliyi 3 gülləkeçirməz təcili yardım avtomobilini ukraynalı xilasedicilərə təhvil verib”, - məlumatda deyilir.

Qeyd olunur ki, avtomobilləri İsrailin “Plasan Reem” şirkəti sifariş edib. Maşınlar lazımi tibbi avadanlıqla təchiz edilib. Burada əlavə monitorlar, defibrilatorlar və oksigen sistemləri var.

Mənbə: rbc.ua

Şərhlər

XƏBƏR LENTİ