SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyanın Ukraynada itkilərinin sayı 126 mini ötüb

Rusiyanın Ukraynada itkilərinin sayı 126 mini ötüb

Tarix:

29-01-2023, 14:00

/ 361 dəfə oxundu.
Rusiyanın Ukraynada itkilərinin sayı 126 mini ötüb

 
Ukrayna hərbçiləri son gündə Rusiyanın daha 650 canlı qüvvəsini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında bildirir.

Məlumata görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 126 min 160 rus işğalçısı artıq məhv edilib.

Eyni zamanda bildirilir ki, Rusiyanın hərbi texnikası da məhv edilib: tanklar - 3197 (gündə +8 ədəd), zirehli texnika - 6366 (+22), artilleriya sistemləri - 2195 (+7), MLRS - 453, hava hücumundan müdafiə sistemləri - 221, təyyarə - 293, helikopterlər - 284, əməliyyat-taktiki səviyyəli PUA-lar - 1947, qanadlı raketlər - 796, gəmilər/qayıqlar - 18, avtomobil texnikası və tankerlər - 5037 (+10), xüsusi texnika - 199.

Şərhlər

XƏBƏR LENTİ