SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İranın XİN rəhbəri Türkiyəyə getdi - YENİLƏNİB

İranın XİN rəhbəri Türkiyəyə getdi - YENİLƏNİB

Tarix:

17-01-2023, 15:20

/ 308 dəfə oxundu.
İranın XİN rəhbəri Türkiyəyə getdi - YENİLƏNİB

İranın XİN rəhbəri Türkiyəyə getdi - YENİLƏNİB


İranın xarici işlər naziri (XİN) Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşmək üçün Ankaraya işgüzar səfər edib.

Bu barədə İRNA agentliyi məlumat yayıb. 

Abdullahian Türkiyə rəsmiləri ilə görüşdə ikitərəfli, regional və beynəlxalq məsələləri, eləcə də Tehran və Ankara arasında müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edəcək.

İran xarici işlər nazirinin Türkiyəyə səfəri regional danışıqların davamı çərçivəsində və ötən həftə Livan və Suriyaya səfərindən sonra baş tutub.

Ağarza Elçinoğlu 

xxx

16.01.2023 / 22:02

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yanvarın 17-də Türkiyəyə rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 17 yanvar 2023-cü il tarixində ölkəmizə səfər edəcək.

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qonaq nazir arasında keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə ediləcəyi nəzərdə tutulur.


Şərhlər

XƏBƏR LENTİ