SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İranın XİN rəhbəri bunu müzakirə etmək üçün Türkiyəyə gedəcək

İranın XİN rəhbəri bunu müzakirə etmək üçün Türkiyəyə gedəcək

Tarix:

13-01-2023, 18:08

/ 332 dəfə oxundu.
İranın XİN rəhbəri bunu müzakirə etmək üçün Türkiyəyə gedəcək

 
İran İslam Respublikasının xarici işlər naziri (XİN) Hüseyn Əmir-Abdullahian gələn həftə Türkiyə Cümhuriyyətinə səfər edəcək. 

Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb. 

Çavuşoğlu yanvar ayının 17-də Abdullahianla görüşəcəyini və həmçinin İran prezidentinin yaxın günlərdə Türkiyəyə də səfər edə biləcəyini deyib.

Abdullahianın səfəri zamanı Ankara ilə Dəməşqin yaxınlaşmasından əlavə bir sıra digər regional məsələlərin də müzakirə olunacağı gözlənilir. Azərbaycan və İran arasında əlaqələr çox güman ki, gündəmin əsas mövzusu olacaq.

Şərhlər

XƏBƏR LENTİ