Ukrayna Silahlı Qüvvələrinin (USQ) daha iki təyyarəsi vurulub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
Məlumata görə, hər iki təyyarə özünü elan edən Donetsk Xalq Respublikası (DXR) ərazisində məhv edilib. Onlar "Su-24" hücum təyyarəsi və "Su-25" ön xətt bombardmançısıdır.