SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Yelena Zelenskaya: “Yalnız mən bunları edirəm”

Yelena Zelenskaya: “Yalnız mən bunları edirəm”

Tarix:

1-01-2023, 14:40

/ 329 dəfə oxundu.
Yelena Zelenskaya: “Yalnız mən bunları edirəm”

“Birinci xanımlar adətən öz rollarına uyğun olaraq ənənəvi qadına məxsus funksiyaları yerinə yetirir, yəni ölkənin səhiyyə və ya mədəniyyətinin qayğısına qalır. Gördüyünüz kimi, mənə birinci xanımın funksiyalarına bu ənənəvi baxışı bir az dəyişmək imkanı verildi - baxmayaraq, bu mənim seçimim deyildi, şərait gətirib buna çıxartdı. Birinci xanımlar silah istəmir. Birinci xanımlar beynəlxalq tribunal tələb etmir - amma mən bunu edirəm, çünki Ukraynadakı müharibə "protokol" rollarını qismən bərabərləşdirib. Hamımız qalib gəlmək üçün əlimizdə olan imkanlardan maksimum istifadə etməyə çalışırıq”.

Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna eksklüziv müsahibəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.

“Mənim imkanım isə diplomatik cəbhənin iştirakçılarından biri olmaq idi. Müharibədən əvvəlki fəaliyyətlərimə müvafiq nazirliklərlə birlikdə azad cəmiyyətin inkişafı, mədəni diplomatiya layihələri, məktəblərdə qida islahatı, psixi sağlamlıq daxil idi. İndi bütün bunlarla yanaşı, səfirliklərimiz, dövlət qurumlarımızla birgə informasiya missiyasını həyata keçiririk: xaricdə müharibəmizdən danışır, onları bizə yardım etməyin (həm humanitar, həm də hərbi yardım), məcburi köçkünlərimizə qayğı göstərməyin zərurət olduğuna inandırıram və mədəniyyətimizin bütün dünyada getdikcə daha çox tanınması üçün əlimdən gələni edirəm. Biz çalışırıq ki, heç bir ölkə Rusiyanın başlatdığı müharibə haqqında danışmağı dayandırmasın, bizim ehtiyaclarımızı başa düşsün və Ukraynanın təkcə özü üçün mübarizə aparmadığını dərk etsin. Ukrayna demokratiya, azadlıq və bütün dünyanın bəşəri dəyərləri naminə mübarizə aparır” - Ukraynanın birinci xanımı əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ