SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Qara dənizdə kəşf edilən təbii qazın beynəlxalq qiyməti 1 trilyon dollardır" - Ərdoğan

"Qara dənizdə kəşf edilən təbii qazın beynəlxalq qiyməti 1 trilyon dollardır" - Ərdoğan

Tarix:

26-12-2022, 22:24

/ 279 dəfə oxundu.
"Qara dənizdə kəşf edilən təbii qazın beynəlxalq qiyməti 1 trilyon dollardır" - Ərdoğan

 
Türkiyənin kəşfiyyat-qazma gəmisi “Fatih” Qara dənizdə yerləşən Çaycuma-1 yatağında dənizin 3 min metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edilib.

Prezident Ərdoğan Qara dənizdə kəşf edilən 710 milyard kubmetr təbii qazın beynəlxalq bazar qiymətinin 1 trilyon dollar olduğunu açıqlayıb.

Prezident Ərdoğan kəşf edilən qazın beynəlxalq qiymətinin 1 trilyon dollar olduğunu açıqlayıb:

“Qazın dəyəri 1 trilyon dollardır”
"Fatih Qazma gəmimiz Çaycuma-1 dənizin 3023 metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar etdi. Əvvəllər açıqlanan 540 milyard kubmetrlik ehtiyatımız 652 milyard kubmetrə dəyişdirildi. Beləliklə, qaz ehtiyatımız Qara dəniz yeni kəşflə 710 milyard kubmetrə çatıb.

Qara dənizdə kəşf etdiyimiz qaz bugünkü rəqəmlərlə 1 trilyon dollara bərabərdir. Bu, Cümhuriyyət tarixində ən böyük iqtisadi dəyərdir. Enerji sahəsində mərkəzi ölkə olmaq üçün bizdə bütün imkanlar var. Türk axını Trakyaya gələcək. O, mərkəz olacaq”.

Ərdoğan, həmçinin əlavə edib ki, ölkəsi Xəzər dənizi, Mərkəzi Asiya və Aralıq dənizi bölgələri üçün enerji mərkəzinə çevirilməkdə qərarlıdır.

Şərhlər

XƏBƏR LENTİ