SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Özünü ölmüş kimi göstərən iş adamı məhkəmədə 12 nəfərə cavab verəcək

Özünü ölmüş kimi göstərən iş adamı məhkəmədə 12 nəfərə cavab verəcək

Tarix:

13-12-2022, 09:52

/ 239 dəfə oxundu.
Özünü ölmüş kimi göstərən iş adamı məhkəmədə 12 nəfərə cavab verəcək

 
Ötən il noyabrın 25-də Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bildirilən və iyunda Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin cinayət işi üzrə istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azər Paşayevin sədrlik edəcəyi prosesdə 12 zərərçəkmiş tanınıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham olunur. 

Qeyd edək ki, 25 noyabrda KİA markalı avtomobilin yanması və Rafət Qəniyevin tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri keçirilib.

Onun direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ