Vəkil generalın oğluna qarşı yarım milyonluq dələduzluqda ittiham olunur
Həbsdə olan tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.
Elçin Qəmbərovun işində zərərçəkmiş qismində Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev tanınıb.
Vəkilin Elgün Şixəliyevin 500.000 (beş yüz min) manat pul vəsaitini ələ keçirdiyi iddia olunur.
Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Cinayət Məcəlləsinin 178.4(xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan vəkil barəsində həbs qətimkan tədbiri seçilib.APA

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?