Səlim Müslümov hakim qarşısına çıxarılır
Külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı istintaq yekunlaşıb.
Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib. Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Həlilik məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil.
Qeyd edək ki, S.Müslümov ötən ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.
Xatırladaq ki, Səlim Müslümovun istintaq müddəti 1 il 5 ay çəkib. Saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 il 3 ay həbsdə qaldıqdan sonra səhhətindəki problemlərlə bağlı olaraq bu ilin mayında ev dustaqlığına buraxılıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb