SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ermənistanda qəzaya uğrayan təyyarədə ölənlər - Rusiya vətəndaşlarıdır -YENİLƏNİB (VİDEO)

Ermənistanda qəzaya uğrayan təyyarədə ölənlər - Rusiya vətəndaşlarıdır -YENİLƏNİB (VİDEO)

Tarix:

1-12-2022, 19:29

/ 283 dəfə oxundu.
Ermənistanda qəzaya uğrayan təyyarədə ölənlər - Rusiya vətəndaşlarıdır -YENİLƏNİB (VİDEO)

 
Craber aviaqəzasında həlak olanlardan ikisi Rusiya vətəndaşıdır - pilotlar A.P.(1979-cu il təvəllüdlü) və V.R.(1983-cü il təvəllüdlü).

Bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan deyib.

Qeyd edək ki, təyyarə Sloveniya olub.

Xatırladaq ki, dekabrın 1-i günorta saatlarında Ermənistanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, o, Kotayk rayonunun Craber kəndi yaxınlığında qəzaya uğruyub. Qəzadan sonra təyyarə yanmağa başlayıb.

Təyyarə Zvartnots hava limanından havaya qalxıb. Tezliklə onunla əlaqə kəsilib. Məlumata görə, təyyarə Həştərxana gedirmiş. Təyyarədə cəmi iki pilot olub və onların hər ikisi  həlak olub.

15:05

Ermənistanda B55 tipli təyyarə Kotayk vilayətinin Craber kəndi ərazisində qəzaya uğrayıb. 

Bu barədə dekabrın 1-i saat 14:20-də Ermənistanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. 

İrəvan Dövlət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin yanğın-xilasetmə dəstələrinin iki döyüş hissəsi, Xilasetmə Qüvvələrinin Xüsusi təyinatlı xilasetmə əməliyyatları mərkəzinin üç xilasetmə qrupu və Tibbi Təminat İdarəsinin növbətçi dəstəsi hadisə yerinə yollanıb.

Ermənistan DİN-in məlumatına görə, hadisə yerində 2 yanmış meyit aşkar edilib.

Yanğın saat 14:41-də söndürülüb. 


Şərhlər

XƏBƏR LENTİ