SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycan Ordusunun cənub sərhədinə yaxın ərazilərdəki təlimləri güneylilərin sevincinə səbəb olub - FOTO

Azərbaycan Ordusunun cənub sərhədinə yaxın ərazilərdəki təlimləri güneylilərin sevincinə səbəb olub - FOTO

Tarix:

3-11-2022, 14:38

/ 292 dəfə oxundu.
Azərbaycan Ordusunun cənub sərhədinə yaxın ərazilərdəki təlimləri güneylilərin sevincinə səbəb olub - FOTO

 
Azərbaycan Müdafiə Nazirliyinin cənub sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlərə başlaması ilə bağlı yayılan xəbər Güney azərbaycanlılar tərəfindən sevinclə qarşılanıb.

Bu barədə “Azad İran” Teleqram kanalı xəbər verir. 

Öz növbəsində Təbrizin “Azərəncümən” xəbər saytında Azərbaycan Müdafiə Nazirliyinin hərbi təlimlərin keçirilməsi haqda məlumat yayılıb.

“Bu təlim xüsusi təyinatlıların komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında keçirilir. Hərbi hissələr kazarmadan çıxdıqdan sonra ölkənin cənub sərhədinə yaxın ərazilərə göndərilib”, - deyə Təbriz saytı Azərbaycan MN-nin məlumatını dərc edib.

Xəbərin şərh bölümündə yüzlərlə Güney azərbaycanlı Azərbaycan və fars dillərində şərh yazaraq, bunu alqışlayıb, Azərbaycan Ordusuna uğur diləyiblər.

Güneyli sosial media istifadəçiləri “SEPAH-ın Araz sahilində keçirdiyi təlimlərə tutarlı cavabdır”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycana canlar fəda”, “Yaşasın Azərbaycan əsgəri” və başqa bu kimi şərhlər yazıblar. 

Azərbaycan Ordusunun cənub sərhədinə yaxın ərazilərdəki təlimləri güneylilərin sevincinə səbəb olub - FOTO


Şərhlər

XƏBƏR LENTİ