İranın hərbi təlimləri zamanı qəza baş verdi
İranın Azərbaycanla sərhəddə hərbi təlimləri zamanı qəza baş verib.
Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın bir neçə nəfərin ölümünə səbəb olduğunu bildiriblər.
Onların sözlərinə görə, İran İnqilabının Keşikçiləri Korpusunun hərbi texnikası bir neçə qəzanın yaranmasına səbəb olub.
Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib. Nəticədə yük maşını əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?