SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyə yeni kamikadze dron HAZIRLADI

Türkiyə yeni kamikadze dron HAZIRLADI

Tarix:

25-10-2022, 23:01

/ 371 dəfə oxundu.
Türkiyə yeni kamikadze dron HAZIRLADI

 
Türkiyənin “Titra Teknoloji” şirkəti İstanbulda keçirilən “SAHA Expo” müdafiə sərgisində ilk dəfə təqdim edilən yeni “Deli” kamikadze pilotsuz uçan aparatı hazırlayıb.

Şirkətin baş direktoru Davut Yılmaz, mütəxəssislərin İHA sınaqlarını tamamladığını və bu cihazın 2022-ci ilin sonuna qədər istifadəyə veriləcəyini gözlədiklərini söylədi.

Dron avtonom və əl ilə işləyə biləcək, 15 dəqiqə ərzində asanlıqla daşına və istifadəyə hazır ola biləcək. İHA-lar elektron müharibəyə qarşı mübarizə aparan avadanlıqlarla təchiz ediləcək.

Pilotsuz təyyarə 180 km/saat maksimum sürətə çata, 3,5 min metr hündürlüyə qalxa, 150-500 metr hündürlükdə döyüşdə istifadə etmək mümkün olacaq. 3,1 kq ağırlığında döyüş başlığı var.

Şərhlər

XƏBƏR LENTİ