Trampdan Rusiya qərarı: Xüsusi qrup yaradıldı
Donald Tramp administrasiyası prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsinin araşdırılması ilə bağlı xüsusi qrup yaradıb.
Bu barədə “Vol Strit Jornal” məlumat yayıb.
Trampın müşavirlərinin Rusiya ilə əlaqələrinin də aşkara çıxarılması üçün vəkil, analitik və ictimaiyyətlə əlaqələr üzrə eskpertlərdən ibarət təhqiqat qrupu fəaliyyətə başlayacaq. Belə ki, bundan sonra Ağ Ev rəsmilərinin Rusiya ilə bağlı məsələlərdən müəyyən qədər azad olacaqları bildirilib.
Xatırladaq ki, Rusiyanın ABŞ-da 8 noyabrda baş tutan prezident seçkilərinə müdaxilə etməsi iddiası uzun müddət mətbuatın gündəmini zəbt etmişdi.
Bundan əlavə, Trampın kürəkəni Cared Kuşner də Rusiya səfiri Sergey Kislyakla görüşdüyünə görə FTB tərəfindən sorğu-sual edilmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır