Prezident sözçüsünün qızı: "Mən ölkənin birinci oğrusunun qızıyam"
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı sosial şəbəkələrdə etdiyi paylaşımla gündəmi alt-üst edib. Yelizaveta Peskova paylaşımda könüllü şəkildə sahib olduğu villa, yaxta, təyyarə və atasının milyardlarla pulundan danışıb. İlk cümləsindən onun bu paylaşımı qəsdən yazıldığı aydın olub:
"Vicdanım məni çox incidir. Heç yerdə yata bilmirəm. Nə yaxtalarımdan birində, nə villalarımda, nə də təyyarələrimdə gözümü yuma bilmədim. Xidmətçilərimdən heç biri məni sakitləşdirə bilmir. Açıq danışmaq vaxtı çatdı. Mən Yelizaveta Peskova ölkənin birinci milyaderi və oğrusu, ölkənin baş mətbuat katibi Dmitrinin qızıyam".
Yelizaveta daha sonra "kölə komandası" adlandırdığı, hansı ki, onun sosial hesablarını idarə edən işçilərdən danışıb. Onların 30 nəfər olduğunu deyən və adlarını qeyd edən qız hər cür paylaşım etdiklərini, lakin bu doğruları qeyd etmədiklərini bildirib. "Vasya, Dima və üçüncünü siz təsəvvür edin", - deyə yazıb.
"Mənim qida rasionuma zəfəran tozu səpilmiş xərçəng, ağ balıq ikrası daxildir. Qısası sizin cibiniz üçün olmayan şeylər. Məsələn, mənim cibim deyəndə 60 karat brilliant da demək olar. Mən mərmərdə gəzir, qu quşunun tükündən hazırlanmış yastıqlarda yatıram. Hər fiziki işdən əvvəl mən ən sevdiyim iş olan qızıla bürünürəm... Qızılı təbii ki, xalq yaradır" deyə Peskovun qızı sözlərinə davam edir.
Sonra mövzunu oğurluqdan salır, daha dəqiq desək "Ölkənin birinci oğrusu"ndan. Yelizavetanın sözlərinə görə, onun atası "Kreml oğruları" siyahısında birincidir və qızına da bu "incəsənət"i öyrədir:
"Mən eşitmişəm ki, insanlar işləyirlər. Amma mən sizin kölə payınızı dərk etmirəm. Mən heç yerdə oxumamışam, doğuşdan axmağam. Lakin bu mənim üçün problem deyil, istəsəm diplom da ala bilərəm. Əgər mənə nəsə lazım olursa, mən xalqın puluna özümə kölə alıram. Belədəki, gələcək mənimdir".
Postda coğrafi etiket kimi Paris qeyd olunub. Yelizaveta hazırda Parijdə yaşayır. Və sosial şəbəkədə tanış olduğu gənclə eşq yaşayır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?