SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Albayrak Holding” Azərbaycanda bu sahələrə sərmaye qoyacaq

“Albayrak Holding” Azərbaycanda bu sahələrə sərmaye qoyacaq

Tarix:

15-07-2022, 20:22

/ 490 dəfə oxundu.
“Albayrak Holding” Azərbaycanda bu sahələrə sərmaye qoyacaq

 
Türkiyənin “Albayrak Holding” şirkəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq sazişi imzalanıb. 

Sənədi limanın baş direktoru Taleh Ziyadov və “Albayrak Holding”in rəhbəri Ahmet Albayrak imzalayıblar.

Bildirilir ki, Türkiyənin “Albayrak Holdinq”i ilə əməkdaşlığa əsas “Bakı limanının strateji yerləşməsi, texniki imkanları və əldə etdiyi nailiyyətlər” olub.

Müqavilə çərçivəsində “Albayrak Holding” Türkiyə təkərli nəqliyyat vasitələrinin Mərkəzi Asiyadan Azərbaycana yönləndirilməsi üçün Bakı limanında yükdaşıma terminalının tikintisi və idarə olunmasına, eləcə də Ro-Ro terminalının idarə edilməsinə sərmayə qoyacaq.

Şərhlər

XƏBƏR LENTİ