SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

Tarix:

24-06-2022, 20:42

/ 321 dəfə oxundu.
Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris yanğın koordinasiya mərkəzinə baş çəkib.

Dövlət başçısını mediaya maraqlı açıqlamalar verib.

Prezident Marmarisdə meşə yanğınının nəzarət altına alındığını bildirib.

“Sevinirik ki, ölən və ya itkin düşən vətəndaşımız yoxdur. Marmarisdə meşə yanğını, Allaha şükür, nəzarət altına alınıb. Ümid edirəm ki, ağacəkmə işləri ilə bu bölgədəki yanğının fəsadlarını tez bir zamanda aradan qaldıracağıq”, - deyə o, bəyan edib.

Ərdoğan meşə yanğını törədən şəxslərə verilən cəzalar barədə də danışıb.

“Bu məsələ ətrafında ciddi müzakirələr aparılmalıdır. Düşünürəm ki, əgər çəkindirici olmasını istəyiriksə, belə şəxslərə edam cəzası verilməlidir”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Mənbə: Haber Global

Şərhlər

XƏBƏR LENTİ