Rus cəsusları İŞ BAŞINDA - Ukraynada evlərin damlarında qırmızı xaç işarələri peyda oldu
Ukraynaya hücumda iştirak edən rus əsgərləri barədə daha bir iddia yayılıb.
Xalqxeber.az sfera.az-a istinadla bildirir ki, onların Kiyevdəki binalara qırmızı xaç işarəsi qoyaraq hücum edəcəkləri yerləri müəyyənləşdirdikləri irəli sürülüb. İşarələrdən şəhərə sızan rus agentlərinin raket hücumlarını istiqamətləndirmək üçün istifadə etdikləri güman edilir.
"Twitter”də paylaşılan videoda sözügedən simvolların binanın qaz borularına qoyulduğu görülüb. Ardınca Kiyev yerli hökuməti sosial şəbəkələrdə xəbərdarlıq yerləşdirərək, damına çıxışı olan hündürmərtəbəli binaların sakinlərini hər hansı işarə və ya simvolun olub-olmadığını təcili yoxlamağa çağırıb. Başqa bir xəbərdarlıqda isə "nişanların üzərindəki etiketlər rənglənə və ya lentlə, o cümlədən torpaq kimi məhsullarla örtülə bilər” ifadələri yer alıb.
Eyni zamanda Kiyevin meri Vitali Kliçko vətəndaşları bu işarələnmiş yerlər barədə məlumat verməyə, onların şəkillərini çəkib hüquq-mühafizə orqanlarına göndərməyə səsləyib. "İşarələri qoya biləcək hər hansı şübhəli şəxs haqqında da məlumat aldığınız halda, bizə bildirməyiniz tövsiyə olunur”, - deyə mer qeyd edib.
Qurum rəsmisi, həmçinin vətənə xəyanət edən, Putinin əsgərlərinə kömək edən hər kəsin həbs ediləcəyini bəyan edib.



Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var