Rusiya Ukraynanın sərt müqaviməti ilə üzləşir - Britaniya kəşfiyyatı
Ukrayna Silahlı Qüvvələri Kiyev şəhəri daxilində qeyri-müntəzəm Rusiya hərbçiləri ilə mübarizəni ardıcıl ikinci gecədə davam etdirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, Kiyev daxilində döyüşlər əvvəlki gecə ilə müqayisədə daha az intensiv olub. Qeyd olunub ki, Çerniqovda güclü müqavimətlə üzləşən Rusiya qoşunları Kiyevin mühasirəsi və təcrid edilməsini prioritet seçərək ərazidən yan keçirlər.
Əlavə olunub ki, Xarkovda gecə boyunca qarşılıqlı və intensiv raket zərbələrinin ardınca Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər gedib.
“Rusiya qüvvələri müxtəlif cinahlardan Ukraynaya hücumu davam etdirirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşməyə davam edirlər”, - deyə məlumatda qeyd olunub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var