Putinin saxladığı qızıl və valyutanın miqdarı açıqlandı - 600 milyard...
ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya qarşı hərbi əməliyyatlardan sonra Moskvanı “sərt sanksiyalarla” hədəf alacaqlarını açıqlayıb. Hətta Rusiya prezidenti Vladimir Putinə yaxın olan iş adamlarına və Rusiyanın müxtəlif banklarına qarşı əməliyyatların məhdudlaşdırılmasına və aktivlərin dondurulmasına başlanılıb.
Xalqxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Qərbin iqtisadi sanksiyalarına qarşı qabaqlayıcı tədbirlər görərək Mərkəzi Bankdakı qızıl-valyuta ehtiyatlarını artırıb.
Belə ki, Rusiya SWIFT beynəlxalq pul köçürmə sistemindən çıxarılacağı təqdirdə ABŞ-dan gətirdiyi böyük məbləğlə nağd ehtiyatlarını artırıb. Ölkədə 100 dollarlıq əskinasların çəkisinin 50 ton olduğu və seyfdəki 600 milyard dollarlıq ehtiyatın olduğu bildirilir.
Hesablamalara görə, sözügedən valyuta və qızıl ehtiyatlarının Qərbin tətbiq edəcəyi iqtisadi sanksiyalara qarşı ən azı 5 il kifayət edəcək.
Bildirək ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra ABŞ administrasiyası Rusiyanın ikinci ən böyük maliyyə qurumu VTB Bank da daxil olmaqla 4 Rusiya bankını sanksiyalar siyahısına əlavə edib. Rusiyanın ən böyük bankı Sberbank və onun 25 törəmə şirkəti, həmçinin ABŞ-da yerləşən banklar, Sberbank və Qazprom da daxil olmaqla, Rusiyanın 13 iri müəssisəsinə yeni borc və kapital məhdudiyyətləri qoyulub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var