XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Ukrayna DİN itkilərini açıqlayır - Yenilənir

Ukrayna DİN itkilərini açıqlayır - Yenilənir

Ukrayna DİN itkilərini açıqlayır - Yenilənir
24-02-2022, 11:23

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Bravarı şəhərini atəşə tutması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb.

Bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko öz teleqram kanalında açıqlayıb.

Onun sözlərinə görə, aviazərbə nəticəsində bina və 4 mərtəbəli ev yanıb. Evin üçüncü və dördüncü mərtəbələrinə qismən zərər dəyib. Hazırda hərbçilər təxliyə əməliyyatları həyata keçirirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.