"Putin paranoyakdır" - Hollandiyanın baş naziri
Hollandiyanın baş naziri Mark Rutte Rusiya prezidenti Vladimir Putini “paranoyak” adlandırıb.
Mark Rutte dünən axşam qatıldığı televiziya proqramında Putinin Rusiya Silahlı Qüvvələrinə verdiyi qondarma Donetsk Xalq Respublikası və qondarma Luqansk Xalq Respublikasının sülhünü qorumaq əmrinə reaksiya verib.
"Bu adam paranoyakdır. O, Kiyev hökumətini diktatura kimi göstərir, baxmayaraq ki, bu, demokratik yolla seçilmiş hökumətə və mətbuat azadlığına malik ağlabatan fəaliyyət göstərən bir ölkədir. Halbuki Rusiyada mətbuat və insanların azadlığı yoxdur", - deyə o, ifadə edib.
Putinin göstərişinin müharibəyə ilk addım olub-olmaması ilə bağlı şərh verməkdən çəkinən Rutte bunun üçün hələ tez olduğunu bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır