Fətullah Gülənin "sağ əli" ÖLDÜ
Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olduğu iddia edilən Yusuf Bekmezci 82 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Xalqxeber.az hürriyyet.com-a istinadən xəbər verir ki, vaxtilə İzmirdə yaxalanan Yusuf Bekmezci FETÖ terror təşkilatında “kadim abi” (qədim qardaş) kimi tanınıb.
Bildirilir ki, həbsxanada saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. Bekmezci bu gün saat 00:50 radələrində dünyasını dəyişib.
Qeyd edək ki, FETÖ/PDY-nin Ege bölgəsindəki maliyyəçiləri, idarəçiləri və sözdə imamlarına qarşı İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Yusuf Bekmezci 17 il 4 ay həbs cəzasına məhkum edilib. 23 yanvar 2020-ci ildə ona "silahlı terror təşkilatını idarə etmək" ittihamı ilə hökm oxunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır