XalqXəbər.Az

XalqXeber.Az » Dünya » SON DƏQİQƏ: Ukrayna bombalanır - Şiddətli partlayış səsləri eşidilir

SON DƏQİQƏ: Ukrayna bombalanır - Şiddətli partlayış səsləri eşidilir

SON DƏQİQƏ: Ukrayna bombalanır - Şiddətli partlayış səsləri eşidilir
17-02-2022, 15:42

Rusiya-Ukrayna sərhədində partlayış səsləri eşidilib.

Xalqxeber.az Röyters agentliyinə istinadən xəbər verir ki, Ukraynanın şərqindəki Elenovka kəndi və Donetsk hava limanı yaxınlığı bombalanıb. 

Məlumata görə, Rusiyanın dəstəklədiyi separatçılar bölgəni top atışları ilə hədəfə alıblar. Mərmilərdən bəzilərinin orta məktəbə düşdüyü bildirilir. Hücumun miqyası və fəsadlar barədə hələlik məlumat yoxdur. Bölgədə atəş səsləri davam edir.

Qeyd edək ki, səhər saatlarında separatçılar Ukrayna ordusunun onları atəşə tutduğunu irəli sürmüşdü.Metbuat.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.