SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Rusiya məqsədinə çatmaq üçün 20 Yanvar hadisəsini Qazaxıstanda təkrar etdi...” - FAKT BUDUR!

“Rusiya məqsədinə çatmaq üçün 20 Yanvar hadisəsini Qazaxıstanda təkrar etdi...” - FAKT BUDUR!

Tarix:

10-01-2022, 20:24

/ 380 dəfə oxundu.
“Rusiya məqsədinə çatmaq üçün 20 Yanvar hadisəsini Qazaxıstanda təkrar etdi...” - FAKT BUDUR!


“Qazaxıstan olayları son günlər çox təhlil olunur, amma məsələnin əsas mahiyyətinə fikir verənlər azdır. Sadəcə Qazaxıstan olaylarına 20 Yanvar olayları gözüylə baxmaq lazımdır. Necə ki, 20 Yanvarı Rusiya müəyyən məqsədlə hazırlamışdı və məqsədi də o idi ki, Azərbaycanda yaradılan Xalq Hərakatının seçkilərdə qarşısını alsın. Çünki rus ordusu gəlməsəydi, xalqın ovqatı eləydi ki, Azadlıq hərakatının üzvlərinə səs verib, deputat edəcəkdilər. Yəni avtomatik olaraq Ali Sovet hərakatçıların əlinə keçirdi və bu da SRRİ qala-qala Azərbaycanın öz müstəqillik yoluna başlaması demək idi. Ona görə də Moskva bunun qarşısını almaq üçün dekabrın sonlarında SSRİ-nin İranla olan sərhədlərini sökdü, sonra Bakıda ermənilərə qarşı iğtişaş törətdilər, bütün bunlar hamısı “KKB”nin planı idi. Kim bilirdi ki, 6-cı mərtəbədə, filan ünvanda qoca erməni yaşayır?! Gedib o ermənini balkondan atırdılar. Yəni siyahılar da əvvəldən hazır idi”. 

Xalqxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında professor Firudin Cəlilov Qazaxıstan hadisələrini şərh edərkən deyib. Professor burda da Rusiyanın məqsədli şəkildə ölkəni qarışdırdığını bildirib:

“Bütün bunlar hamısı əsas verirdi ki, ordunu yeridib, Bakıda o qırğını törətsinlər. Bunu da etdilər və məqsədlərinə də nail oldular. Hərbi vəziyyət elan etdilər, seçkilərdə azadlıq hərakatçılarının çox az bir hissəsi deputat oldu. Yəni Moskva məqsədinə nail oldu. Bax həmin baxışla bu günki Qazaxıstan olaylarına baxmaq lazımdır.

Son illər Nazarbayevin türk ölkələri ilə Turan məsələsini gündəmə gətirdi. Sərhəd məsələsində bildirirdilər ki, Qazaxıstanın şimal rayonları Rusiyanın ərazisidir və geri qaytarılmalıdır. Nazarbayev isə bunların qarşısını almaq üçün paytxatı da köçürdü. Daha sonra latın qrafikasına keçmək məsələsi, qazax dilinin dövlət dili kimi bütün müəsissələrdə işləməsi kimi məsələləri Nazarbayev qabartdı və Rusiya da bunun qarşısını almaq üçün eyniylə 20 Yanvarda hansı planı həyata keçirmişdisə, burda da o planı həyata keçirdi.

Qazın qiymətini artırdılar, amma indi gəlin baxaq, görək qazın qiymətini Qazaxıstan, yoxsa Rusiya artırdı?! Qaz sazişi Rusiyanın “Qazprom” şirkətinin əlindədir və onlar qiyməti artıranda təbii ki, yerlərdə də qiymət artacaq. Yəni o qiymətləri süni şəkildə artırdılar, insanlarda narazılıq yaratdılar, ardınca, trollarla, beşinci kolon üzvləriylə birlikdə insanları iqtisadi şüarlarla küçələrə çıxardılar. Hökumət də Nazarbayevi və hökuməti istefaya göndərdi, qiymətləri yenə əvvəlki vəziyyətinə qaytardı. Bəs nə olmalı idi ki? Hakimiyyətlə-etirazçılar arasında bir görüş, danışıq olmalıydı ki, tələbləri yerinə yetirsinlər. Ona isə imkan vermədilər. Çünki bəzi bölgələrdə insanlar deyirdilər ki, hökumət biz deyəni etdi və evlərimizə qayıdırıq.

Amma Alma-Ata tərəfdə yenə beşinci kolonun üzvləriylə müəyyən qruplara silahlar payladılar, iğtişaşlar törətməyə başladılar. Yəni əllərinə bəhanə verdilər. Bu bəhanələrin nəticəsində də gerizəkalı Tokayev Rusiya ordusunu çağırdı. Tarix boyu qazax milləti onsuz da Tokayevi lənətləyəcək. Təsəvvür edin ki, o vaxt da Azərbaycanda Baş nazirin imzasıyla Rusiya ordusu Bakıya dəvət olunmuşdu. İndi də yenə Tokayevin dəvətiylə gəldilər, Allah bilir 100-dən çox adam öldürdülər, minlərlə yaralı var. Yəni gəlib Nazarbayevi hakimiyyətdən uzaqlaşdırdı, istəyinə nail oldu və indi də çalışacaq ki, əgər Tokayev hakimiyyətdə qalmasa, özünə uyğun bir “kukla” adamı Tokayevin yerində oturtsun. Yəni qurulmuş plan addım-addım özünü doğruldur”.

Şərhlər

XƏBƏR LENTİ