Özünü FHN komandiri kimi tanıdıb məmurla görüşdü, yalanı üzə çıxdı - Video
Azərbaycanlı Rasim Əhməd adlı bir şəxs özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb.
Xalqxeber.info “Marmaris Life” jurnalına istinadən xəbər verir ki, həmin şəxs 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyinə görə bələdiyyə sədri tərəfindən təltif edilib. Lakin görüş barədə Türkiyə mediasında xəbər yayıldıqdan sonra FHN-də Rasim Əhməd adlı şəxsin işləmədiyi məlum olub.
Məlumata görə, Rasim Əhmədin saxtakarlığının üstü iyul ayında türkiyəli yanğınsöndürənlərə kömək məqsədilə Türkiyəyə göndərilən azərbaycanlı yanğınsöndürənlərlə birgə çalışan S.Ş. adlı bir şəxsin diqqətcilliyi sayəsində açılıb. Həmin şəxs jurnalın Mətbuat xidməti əlaqə saxlayaraq belə bir komandirin Marmarisə gəlmədiyini bildirib. O qeyd edib ki, həmin şəxsin geyimi, rütbəsi və geyimin ad hissəsində də səhvlər var.
Türkiyə tərəfindən aparılan araşdırma zamanı quqlda da Rasim Əhməd barəsində məlumata rast gəlinməyib. Bununla yanaşı, yanğın zamanı Muğlada və Marmarisdə qalan əsgərlər sırasında həmin şəxsin adına rast gəlinməyib və onun PCR testi vermədiyi də aydın olub.
Bunun ardınca, Marmaris bələdiyyəsi Azərbaycanın səlahiyyətli şəxsləri ilə rəsmi və qeyri-rəsmi yazışmalar aparıb. Azərbaycan tərəfi belə bir şəxsin FHN-də və bu nazirliklə əlaqəli çalışan yanğınsöndürənlər sırasında olmadığını bildirib. Qeyd olunub ki, Azərbaycandan Türkiyəyə belə bir əsgər göndərilməyib.
Hazırda Rasim Əhməd adlı bu şəxsi Marmaris bələdiyyəsinə kimin dəvət etdiyi, ona bu geyimi kimin verdiyi və sözügedən təltifolunma mərasimini hansı qurumun təşkil etdiyi barədə suallar cavabsız qalıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır