“NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır” - Rusiya MN
“NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır”.
Xalqxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Moskvada akkreditə olunmuş hərbi attaşelər və xarici səfirliklərin nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.
“Blokun hərbi tikintisi tamamilə Rusiya ilə genişmiqyaslı, yüksək intensiv silahlı münaqişəyə hazırlaşmaq üçün yönləndirilib”, - deyə general-polkovnik bildirib.
O qeyd edib ki, Şimali Atlantika Alyansı öz sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiyanı birbaşa “koalisiya təhlükəsizliyinə təhdidlərin əsas mənbəyi” adlandırır.
Eyni zamanda, Fomin əlavə edib ki, Rusiya və NATO-nun bir-birini düşmən hesab etmədiyi Roma Bəyannaməsi hələ də qüvvədədir. Tərəflər bunu 2010-cu ildə Lissabonda keçirilən sammitdə təsdiqləyiblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır