Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoq ticarətə təkan verə bilər - Zaxarova
Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq ticarət əlaqələrinə, geniş infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verə bilər.
Xalqxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanın sözügedən təşkilatda müşahidəçi status ala biləcəyi barədə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin fikirlərini şərh edərkən bildirib.
“Azərbaycanla qurum arasında istənilən formatda dialoqun inkişaf etdirilməsi qarşılıqlı ticarət əlaqələrin artmasına, regiondakı nəqliyyat yollarının açılmasına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb ola bilər. Bununla belə, birlik çərçivəsində əməkdaşlıq səviyyəsinin artırılmasına dair qərarların bütün üzv dövlətlərin razılığı ilə verildiyi də nəzərə alınmalıdır”, - Zaxarova vurğulayıb.
Rusiya XİN nümayəndəsi, həmçinin təşkilatın inteqrasiya və əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin üzünə açıq olduğunu da əlavə edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır