XalqXəbər.Az

XalqXeber.Az » Dünya » İsraildən virus qadağası

İsraildən virus qadağası

İsraildən virus qadağası
28-11-2021, 10:20


İsrail hökuməti ölkədə koronavirusun “Omikron” variantının yayılmasının qarşısını almaq üçün əksər ölkələrin vətəndaşları üçün sərhədlərini müvəqqəti bağlayıb.

Virusla əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.

Məlumata görə, məhdudiyyətlər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, hazırda İsraildə koronavirusun “Omikron” variantına bir nəfərin yoluxduğu təsdiqlənib, 7 nəfər isə testin nəticəsini gözləyir.
Yeni qaydalara əsasən, İsrailə gələn istənilən xarici ölkə vətəndaşı, o cümlədən peyvənd olunanlar 3 gün karantində qalacaq. Xaricdən gələn və peyvənd olunmayan İsrail vətəndaşları üçün karantin müddəti 7 gün olacaq. Əcnəbilər karantin müddətində xüsusi oteldə qalmalıdırlar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.