"Azərbaycanın gömrük-nəzarət məntəqəsi Ermənistan ərazisində deyil" - Paşinyan
"Azərbaycanın gömrük keçid məntəqəsi Ermənistan ərazisində deyil".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında Azərbaycanın Gorus-Qafan yolunun problemli hissəsində gömrük-keçid məntəqəsinin yaradılması ilə bağlı dünənki qərarını şərh edərkən bildirib.
"Fərziyyələrə yol verməmək üçün xatırlatmaq və diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan keçid məntəqəsi Ermənistan Respublikası ərazisində deyil. Söhbət Eyvazlı bölgəsindən gedir. İndi sual yarana bilər ki, danışıqlar aparmaq mümkün olmayıb ki, yüklərə və Ermənistan vətəndaşlarına sərhəd nəzarəti həyata keçirilməsin. Mümkün idi, lakin dəhlizin keçid qiymətləri bizim üçün qəbuledilməzdir", - deyə Baş nazir bildirib.
O, Ermənistanın 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının, xüsusilə də regionun bütün nəqliyyat və iqtisadi kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı müddəalarına sadiq qaldığını açıqlayıb:
"Bundan başqa, biz regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıyıq və üçtərəfli işçi qrupunda razılaşdırılmış və elan edilmiş prinsiplər əsasında gələcəkdə konkret həllərin əldə olunmasına ümid edirik".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır