Rusiya ilə ABŞ arasında Qara Dənizdə gərginlik yaranıb
Rusiya Müdafiə Nazirliyi ABŞ və onun müttəfiqlərinin Qara dənizdəki hərəkətlərini izləyir.
Xalqxeber.az "TASS"a istinadən xəbər verir ki, amerikalılar Rusiya sərhədinin bilavasitə yaxınlığında silahlı qüvvələrin çoxmillətli qruplaşmasını yaradırlar.
Hazırda Rusiyanın Qara Dəniz Donanması ABŞ gəmilərinə - qərargahın “Mount Whitney” gəmisinə, “Porter” raket esminesi və “John Lenthall” tankerinin Qara dənizdəki hərəkətlərinə nəzarət edir. Gəmilər oktyabrın 30-dan noyabrın 4-dək Qara dənizə daxil olub.
Rusiya sərhədindən təxminən yüz kilometr məsafədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji bombardmançı B-1B uçub.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ABŞ-ın hərəkətləri “Qara dəniz regionunda vəziyyətin sabitliyini pozur” və Vaşinqtonun məqsədlərindən biri “Ukrayna ərazisinin hərbi cəhətdən mənimsənilməsidir”. Rəsmi Moskva ABŞ hərbçilərinin manevrlərini plansız adlandırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır