Putin Ərdoğana üçüncü doza üçün “Sputnik V”ni məsləhət gördü
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana üçüncü doza zamanı “Sputnik V” vaksinini məsləhət görüb. “Xalqxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, Putin “Sputnik V” vaksinindən sonra onda koronavirus infeksiyasına qarşı antitel səviyyəsinin yüksəldiyini və 15-16 min olduğunu bildirib. Ərdoğanın “Mən artıq üçüncü doza olaraq Biontec qəbul etmişəm” sözlərindən sonra Putin gülərək “Yaxşı, o zaman” deyib. Rusiya Prezidenti qeyd edib ki, COVID xəstəsi ilə təmasda olsa da virusa yoluxmayıb: “Bütün gün yoluxmuş insanla bir yerdə olsam da, xəstələnmədim. Şanslı idim”. Ərdoğan bunun çox yüksək rəqəm olduğunu, indiyədək antitellərin 1100-ü keçdiyini bildirib. Putin isə cavabında “Yox, məndə yüksək idi. Ekspertlər müxtəlif cür hesablayırlar. Ancaq mənə dedilər ki, çox yüksəkdir” deyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır