Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi media əməkdaşları üçün mətbuat konfransı təşkil edib.
Dövlət başçısı Ermənistan Baş naziri Nikol Paşinyan və Yunanıstan Baş naziri Kiryakos Miçotakisin açıqlamalarına münasibət bildirib.
Ərdoğan Paşinyanın Zəngəzur dəhlizinin açılması əlehyinə səsləndirdiyi fikirləri belə şərh edib.
“Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar. Zəngəzur koridorunun açılması siyasi məsələdir. Ümid edirəm ki, sözügedən dəhlizin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq”, - deyə Ərdoğan bəyan edib.
Türkiyə prezidenti Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamalarıyla bağlı da öz fikrini bildirib.
“Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik”, - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Ərdoğan BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a yollanıb.
#Turkiye

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır