Ərdoğan ABŞ-a gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlara səfər edəcək.
Xalqxeber.az xəbər verir ki, Türkiyə prezidenti səfər çərçivəsində Nyu-Yorkda baş tutacağı gözlənilən Birləşmiş Millətlər Təçkilatının Baş Assambleyasının 76-cı sessiyasına qatılacaq.
Səfərin müddəti üç gündür. 19-22 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində Ərdoğan Nyu-Yorkdakı "Yeni Türkevi"nin açılışını edəcək. 21 sentyabrda isə BMT-nin ali tribunasında Türkiyə prezidentinin çıxışı nəzərdə tutulub. Üç gün ərzində Ərdoğan dünyanın aparıcı dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri planlaşdırılır.
Hətta prezidentin müəllifi olduğu "Daha ədalətli dünya mümkündür" kitabı müxtəlif xarici dillərə tərcümə olunub və onun dünya liderlərinə hədiyyə ediləcəyi vurğulanır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır