Türkiyə yerli zirehli maşını "Pusat"ı nümayiş etdirdi - FOTO
Türkiyənin TÜMOSAN şirkəti yerli istehsal olan "Pusat" taktiki zirehli hərbi maşınının istehsalını həyata keçirir.
Xalqxeber.az xəbər verir ki, şirkət hərbi maşınının istifadəsi üçün yerli və xarici şirkətlərlə danışıqlarını davam etdirir. Maşının gələcək ixracı üçün təkliflərin irəli sürüldüyü bildirilib.
Qeyd olunur ki, "Pusat" zirehli maşınının 5 min kilometrlik sınaq yürüşləri başa çatıb. Yaxın zamanlarda 20 min kilometrlik sınaq yürüşləri planlaşdırılır. Şirkətin məlumatına görə, hazırda maşın ilkin istehsal mərhələsindədir.
"Pusat" maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb.
2021-ci ildə isə "Pusat"ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır