Qiyamçılar Qvineya Prezidentini saxlayıb - YENİLƏNİB
Qvineyada qiyam qaldıran hərbçilər Prezident Alfa Kondeni saxlayıb.
Xalqxeber.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
16:26
xxx
Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.
Xalqxeber.az xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.
"Reuters" agentliyi isə xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.
Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.
Son məlumata görə, çevrilişə cəhddə iştirak edən 25 hərbçi saxlanılıb.
Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır