SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Yenidən müharibə başlasa, 4 günə Paşinyan və komandasını əsir götürə bilərik” - HƏQİQƏTƏN DƏ...

“Yenidən müharibə başlasa, 4 günə Paşinyan və komandasını əsir götürə bilərik” - HƏQİQƏTƏN DƏ...

Tarix:

30-08-2021, 21:51

/ 739 dəfə oxundu.
“Yenidən müharibə başlasa, 4 günə Paşinyan və komandasını əsir götürə bilərik” - HƏQİQƏTƏN DƏ...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ictimaiyyətə beynəlxalq itkin düşmüşlər günü münasibətilə etdiyi müraciətdə bildirib ki, guya Azərbaycanda saxlanılan erməni əsirlər işgəncəyə məruz qalırlar.
“Rəsmi Bakı da Azərbaycanda AİHM-in erməni əsir və girovlar haqqında məlumat verilməsi ilə bağlı müvafiq qərarlarını açıq şəkildə görməzdən gəlir. Beynəlxalq humanitar hüququn tələblərini, Cenevrə Konvensiyalarını və 9 Noyabr 2020 -ci il tarixli üçlü bəyanatın 8 -ci bəndini kobud şəkildə pozan Azərbaycan, əsirlərin geri qaytarılmasının qarşısını almağa davam edir.Bu arada, Azərbaycanın yüksək rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl erməni düşmənçiliyi siyasətinin davamı olaraq, Azərbaycanda əsir və girov olan erməni işgəncələrə, qeyri -insani və alçaldıcı rəftara məruz qalır. Yaşama hüquqlarından məhrum edilmə halları artıq qeydə alınıb. Erməni hərbi əsirlərə qarşı qanunsuz və uydurma məhkəmələr davam edir”, - deyə müraciətdə bildirilir.

Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimin qondarma “xarici işlər naziri” David Babayan isə mətbuata bildirib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda Əfqanıstandan gələn "Əl-Qaidə” döyüşçüləri yerləşdirilir. Ötən gün isə ermənipərəst “wargonzo” saytı Əfqanıstandan gələn qaçqınların Qarabağda yerləşdirildiyini iddia edib.

Ermənistan XİN başçısının sözlərini Bizimyol.info saytına şərh edən Milli Məclis üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Ermənistan tərəfi hələ də məğlubiyyətlə barışa bilmir, ona görə də Azərbaycana qarşı şər-böhtan kampaniyası aparır.

“Əlbəttə, bu, Ermənistan tərəfindən səsləndirilən birinci şər-böhtan deyil. Bundan əvvəl də erməni siyasətçilər tərəfindən müxtəlif cəfəng iddialar eşitmişik. Lakin onlar bilməlidirlər ki, bu cür davam etməklə, bizə yox, özlərinə zərər vurmuş olacaqlar”, - deyə F.Ağamalı qeyd edib.

Onun sözlərinə görə, əgər Azərbaycan doğrudan da erməni əsirləri incitmiş, işgəncələr vermiş olsa idi, çoxdan beynəlxalq təşkilatlar bu barədə danışar, Azərbaycan qarşısında məsələ qaldırardılar.

“Ermənistandan fərqli olaraq, Azərbaycan əsirlərlə bağlı şəffaflıq tərəfdarıdır. Məndə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə əsirlərin durumu ilə maraqlanmaq üçün hər cür şərait yaradılıb. Azərbaycanda saxlanılan əsirlərə işgəncə verilmiş olsaydı, çoxdan səsi çıxmışdı. Ona görə də, Mirzoyanın dedikləri cəfəngiyyatdan savayı bir şey deyil”, - deyə deputat vurğulayıb.

O, əfqanıstanlı qaçqınlar və “Əl-Qaidə” üzvlərinin Qarabağa yerləşdirilməsi ilə bağlı iddiaları da şərh edib.

“Azərbaycana qarşı oxşar ittihamlar keçən il də səsləndirilmişdi. Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, bizim xaricdən muzdlu döyüşçü gətirməyə ehtiyacımız yoxdur. 44 günlük müharibədə Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın etdi. Buna xalqımızın igid oğullarının fədakarlığı ilə nail olduq. Əgər ermənilər ağıllarından yenə müharibə etməyi keçirirlərsə, bunu bilməlidirlər ki, bu dəfə müharibə 44 gün yox, 4 gün çəkəcək. VAzərbaycan ordusu cəmi 4 günə İrəvana daxil olub, Paşinyan və komandasını əsir götürməyə qadirdir”, - deyə deputat əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ