ÜST-ün təsdiqlədiyi vaksinləri vurduranların Avropaya girişinə icazə veriləcək
Avropa İttifaqı şurası Avropa Komissiyasının turistlərin gəlişi ilə bağlı tövsiyələrini təsdiqləyib.
TASS bu barədə İttifaqın Brüsseldə yayımlanan açıqlamasına istinadla məlumat yayır.
Bildirilir ki, Avropa Dərman Agentliyi (EMA) və ya ÜST tərəfindən təcili istifadə üçün təsdiqlənmiş dərmanlarla vaksinasiya olunan turistlərin Avropaya girişinə icazə veriləcək:
"Gəlişindən ən az 14 gün əvvəl EMA tərəfindən təsdiqlənmiş peyvəndi vurduran, üçüncü ölkələrdən gələn səyahətçilər üçün vacib olmayan səyahət məhdudiyyətləri prinsipcə ləğv edilməlidir”.
Eyni zamanda, qeyd edilir ki, Avropa İttifaqı sərhədlərini bir ölkənin vətəndaşlarına açarsa, həmin ölkə də qarşılıqlı cavab verməlidir, yəni avropalı turistlərin ərazisinə girişinə icazə verməlidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır