Yayda Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR
Gürcüstan hakimiyyəti yay turizm mövsümündə qonşu ölkələrlə quru sərhədlərini açmağı planlaşdırır.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib.
“Quru sərhədlərin açılışı qonşu ölkələrdən daha çox turistin aktiv axınına imkan yaradacaq, biz bunun üzərində işləyirik. Düşünürük ki, yay mövsümündə hava sərhədində olduğu kimi, quru sərhədini də çox ciddi nəzarət altında təhlükəsiz şəkildə aça biləcəyik”, – Natiya Turnava jurnalistlərə bildirib.
Qeyd edək ki, Gürcüstan Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya ilə həmsərhəddir.
Gürcüstan hakimiyyəti quru sərhədlərini 2020-ci ildə koronavirus pandemiyasına görə bağlayıb. Bu halda bəzi ölkələrin vətəndaşları Gürcüstana təyyarə ilə gedə bilərlər. Gürcüstan hakimiyyətinin nümayəndələri bildiriblər ki, pandemiya şəraitində ölkəyə hava yolu ilə gəlmiş turistlərin sağlamlıq vəziyyətinə nəzarət etmək daha asandır, nəinki quru sərhədi ilə.
Turnava daha əvvəl bildirib ki, quru sərhədlərin açılışı koronavirus pandemiyasının üçüncü dalğası bitdikdən sonra reallaşacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır