Mübariz Mənsimovun anqarı satıldı, işçilər işsiz qaldı - YENİ SAHİBİ KİMDİR...
FETÖ ittihamı ilə həbs edilən və bu günlərdə barəsində şərti həbs qərarı verilməklə azadlığa buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali Air” şirkətinə məxsus anqar satılıb. Anqarda işləyənlər isə işsiz qalıb.
Virtualaz.org xəbər verir ki, bu haqda “Airport Haber” portalı bildirir. Məlumatda deyilir ki, “Palmali Air” şirkətinin İstanbul Atatürk aerportundakı anqarı Mahmut Sami Çil adlı “digər azərbaycanlı iş adamına” satılıb. Anqarda işləyənlərin isə aeroport ərazisinə giriş kartları ləğv edilib. Onların yerinə yeni heyət gətirilib. Lakin əvvəlki işçilər rəsmən işdən çıxarılmadığı üçün onlara təzminat ödənilməyib. Şirkətin işçilərə əmək haqqı borcunun da qaldığı bildirilir.
Anqarın yeni sahibinin “Palmali Air” şirkətinin fəaliyyətini necə quracağı haqda məlumat olmadığı da deyilir. İnternet mənbələrində Mahmut Sami Çil adlı şəxsin barəsində məlumat əldə etmək mümkün olmayıb.
“Palmali Air” biznes-aviasiya şirkəti özəl sifarişlər əsasında çarter reysləri həyata keçirirdi, şirkətin arsenalında 2 ədəd “Falcon 7X” və 1 ədəd “Bombardier Challenger 300” tipli təyyarələr olub. 2015-ci ildə Mənsimovun “Palmali” şirkətlər qrupunun maliyyə vəziyyəti pisləşməyə başlayanda həmin təyyarələrdən ikisinin satışa çıxarııdığı haqda xəbərlər yayılmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır