Bakını azad edən Nuru Paşanın vəfatından 72 il keçir
15 sentyabr 1918-ci ildə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatından 72 il keçir.
Nuru Paşa Killigil 1949-cu ilin martın 2-də İstanbulda dünyasını dəyişib. Silah fabrikindəki partlayışda həlak olan generalın ölümü olduqca müəmmalıdır. Sui-qəsd versiyaları mövcuddur.
Nuru Paşa 1890-cı ildə Osmanlı dövlətində, indiki Makedoniya ərazilərində anadan olub. Hərbçi kimi müxtəlif döyüşlərdə iştirak etmiş Nuru Paşa həmçinin Qafqaz İslam Ordusunun komandanı olub. Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik-daşnak işğalından azad edən Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını işğalçılardan təmizləyib. Bakı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusu 1 130 nəfər şəhid verib. Bu qələbədən sonra Nuru Paşa "Bakı fatehi" ləqəbini alıb.
Allah rəhmət eləsin!

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır