Rusiyada bazar sahibləri arasında atışma - Akif Şıxəliyev həbs edildi
Krasnoyarsk polisi "Luç" bazarının Azərbaycandan olan direktoru Akif Şıxəliyevi həbs edib.
Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Krasnoyarsk polisi mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də Şaxtaçılar küçəsi ərazisində atışma baş verib. Hadisə yerinə gələn polis və “Rosqvardiya”nın əməkdaşları müəyyən ediblər ki, bir kişi ov silahından atəş açıb. Xəsarət alanlar yoxdur.
Polislər münaqişə iştirakçılarının hamısını saxlayıblar. Onun təşəbbüsçüsü barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 2-ci maddəsinin 213-cü hissəsi ilə (silah işlətməklə törədilən xuliqanlıq) cinayət işi açılıb.
Atəşə görə Şaxtaçılar küçəsi 62-də yerləşən "Luç" bazarının direktoru həbs edilib. Məlumata görə, onun adı Akif Şıxəliyevdir.
Bazar işçiləri jurnalistlərlə deyiblər ki, ola bilsin, münaqişə pul üstündə baş verib: ""Luç"a Azərbaycandan, tərəvəz və meyvələrin ucuz satıldığı "Cənub" bazasına isə Tacikistandan olan bir nəfər rəhbərlik edir. Onların bir-birilərindən xoşları gəlmir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır