ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qərarın lehinə 232 nəfər səs verib, 197 nəfər sənədin əleyhinə çıxıb, 5 nəfər isə səs verməyib.
İmpiçment bir maddə üzrə elan edilib - qiyama təhriketmə. Qətnamədə bildirilir ki, Trampın hərəkətləri Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən "ağır cinayətlər və səhv hərəkətlər" ifadəsinə uyğundur.
Trampı hakimiyyətdən vaxtından əvvəl kənarlaşdırmaq üçün onun Senatda prosesin nəticəsinə görə ittiham edilməsi lazımdır, ancaq respublikaçılar yanvarın 20-də Co Baydenin inauqurasiyasına qədər Senatı tətildən geri çağırmağa razılaşmayıblar.
Yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək “zəif respublikaçılara kömək etmək üçün" Kapitoliyə getməyə çağırıb. Trampın tərəfdarları Kapitolini mühasirəyə alıb, onlar bundan sonra zorla binaya girib və prezident seçkilərində Co Baydenin qələbəsini təsdiqləyən Konqresin birgə sessiyasını yarımçıq kəsiblər.
Hadisələr zamanı baş verən qarışıqlıqlar zamanı beş nəfər həlak olub.
***
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə səsverməyə başlayıb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Konqres üzvlərinin müzakirəsinə bir maddə çıxarılıb – "qiyama təhriketmə". Sənəd prezidentə impiçment elan etməyi və onun gələcəkdə istənilən seçkili vəzifəni tutmasının qadağan olunmasını tələb edir. Maddədə həmçinin "ağır cinayətlər və hərəkətlər" törədilməsinə dair ittiham ifadəsi də yer alıb.
Məsələ bundan sonra Senatın müzakirəsinə çıxarılacaq. Ancaq Senat yeni prezident Co Baydenin inauqurasiyasından bir gün əvvəl tətilə çıxacaq. Buna görə də proses Trampın səlahiyyətlərinin başa çatmasıma qədər tam yekunlaşmayacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır